Elşad Əhmədov:"Yerli futbolçular bizim komandaya gəlmək istəmirdi"
Bu gün Topaz Premyer Liqada birinci turun daha iki oyunu keçirilib.
Sportfm.az xəbər verir ki, günün ikinci matçında "Keşlə" "Sabah"ı qəbul edib. Oyundan sonra təşkil olunan mətbuat konfransında qonaqların baş məşqçisi Elşad Əhmədov jurnalistlərin suallarını cavablandırıb.
- Oyunboyu Vadim Abdullayevə irad bildirdiniz. Bu nə ilə bağlı idi?
- Bu onunla bağlı idi ki, bəzi məqamları daha düzgün dəyərləndirə bilərdi.
- Cavid İmamverdiyev növbəti oyuna hazır olacaqmı?
- Dəqiq bilinmir. Çox istəyirəm, amma həkimlərin məsləhətini dinləyəcəyik.
- Hücum xətinndə mövsümü tək Deviçlə keçirməyiniz mümkündürmü?
- Təbii ki, biz hücumçuların sayının daha çox olmasını istəyirik. Ancaq yerli futbolçular bizim komandaya gəlmək istəmirdi. Ancaq biz çalışacağıq ki, yerli futbolçulardan istifadə edək.
Oxşar xəbərlər
Qurban Qurbanov: “Futbolçular Azərbaycana gəlmək istəmir”
"Hücumçuya ehtiyacımız var" - Elşad Əhmədov
"Ölkə xaricindəki legionerlərə baxırıq" - Elşad Əhmədov
Elşad Əhmədov: "Bunların “bəhrəsini” gördük"
Mladen Milinkoviç:"Bu səbəb ola bilməz"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası