Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Yoluna camış çıxdı, qızıl medal əldən getdi! - FOTO
Ölke.az-ın verdiyi xəbərə görə, Rioda keçiriləcək olimpiya oyunlarına vəsiqə qazanan velosipedçimiz Maksim Averinin yoluna camış çıxıb. Velosiped İdmanı Federasiyasının mətbuat katibi Pərviz Musayev hadisə barədə bunları deyib: "İdmançılar İsmayıllı rayonu ərazisində keçirilən yarışda 35 kilometr məsafəni qət etməliydilər. Velosiped yarışlarında belə hallar olur. Camışın Maksimə hər hansı bir manəesi, vaxt itkisi olmadı. Çünki fərdi ötüşmədə hər bir saniyə qiymətlidir. Ancaq hər təhlükə ola bilərdi. Maksim Rio-2016-da Azərbaycanı şosse velosipedinin qrup ötüşməsində təmsil edəcək. Əsas olan bu yarışlarda yolun avtomobillər üçün bağlanmasıdır. Yol polisi yarış zamanı yolu tam bağlamışdı. Yəni camışı nəzərə almasaq, o halda əlavə hər hansı bir maneə və problem yox idi. Necə deyərlər, camışdı da, neynəyə bilərik? Həmin vaxt naxırın örüşdən gələn vaxtı idi. Şükür ki, xətasız ötüşdük". Xatırladaq ki, Maksim Averin məsafəni 48 dəqiqə 50 saniyəyə başa vurmaqla yekunda ikinci nəticə göstərib.
Oxşar xəbərlər
Federasiya kuboku yarışlarının qalibləri bəlli oldu - FOTO
Azərbaycanın klubu fəaliyyətini dayandırdı - FOTO
Velosiped idmanı üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşdi
Velosipedçilərimizdən biri toqquşdu, digərinin təkəri deşildi
Maksim Averin Azərbaycan yığmasından kənarlaşdırıldı - DOPİNQ QALMAQALI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası