Ağır atletika üzrə dördüncü seçmə mərhələ yarışları keçiriləcək
Oktyabrın 28-də Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə respublika yarışlarının dördüncü seçmə mərhələsinə start veriləcək.
Sportfm.az xəbər verir ki, yarışın keçirilməsində məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.
Yarışlar Xırdalan, Lənkəran və Samux şəhərlərində keçiriləcək. Oktyabrın 28-də Xırdalanda keçiriləcək yarışda Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdan olan atletlər mübarizəyə qoşulacaqlar. Noyabrın 1-2-də Lənkəranda Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astaranı, 4-5-də isə Samuxda Goranboy, Gəncə, Yevlax, Samux, Qazax, Şəki və Qaxı təmsil edən atletlər körpücük üzərinə çıxacaqlar.
Yarış şəxsi xarakter daşıyır və iştiraka yalnız texniki cəhətdən hazırlıqlı, yaşı ən azı 10 olan idmançılar buraxılacaqlar.
Zona turnirində 1999-2007-ci il və daha böyük təvəllüdlü idmançılar müvafiq yaş qruplarında mübarizə aparacaqlar və qaliblər Sinkleyr cədvəli üzrə müəyyən ediləcək.
Oxşar xəbərlər
Ağır atletika üzrə respublika yarışlarına yekun vuruldu
Lənkərandan Samuxa qədər...
Ağır atletlərimiz Xırdalan, Lənkəran və Samuxda yarışacaq
Ağır atletika üzrə respublika yarışlarının dördüncü mərhələsinə yekun vuruldu
400-dən çox atlet seçmə mərhələ yarışlarında iştirak etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Kəpəz" Azərbaycan millisi ilə bərabərə qaldı - Yoxlama oyunu
-
"Maradona, Platini, Ziko kimi böyük futbolçu olmaq istəyirdik" - "Qızıl 76-lar"dan biri
-
“Neftçi” Litva klubu qarşılaşacaq - Yoldaşlıq görüşü
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Spartak" Bakıya gəlir - Yoldaşlıq görüşü üçün
-
Almaniya Serbiyanı, Portuqaliya Danimarkanı məğlub etdi














Misli Premyer Liqası