reklam
Ağır atletika üzrə respublika yarışlarına yekun vuruldu
Sportfm.az xəbər saytı

Ağır atletika üzrə respublika yarışlarına yekun vuruldu


Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə respublika yarışlarının ikinci seçmə mərhələsi başa çatmaq üzrədir.

Sportfm.az xəbər verir ki, yarışlar Xırdalan, Lənkəran, Samux, Sumqayıt, Qobustan, Şamaxı, İsmayıllı, Cəlilabad, Neftçala, Lerik, Astara və Bakıda keçirilib.

Şəxsi xarakter daşıyan yarışda texniki cəhətdən hazırlıqlı, 12 yaşadək idmançılar buraxılıb. Mərhələ yarışlarında 2001-2007-ci il və daha böyük təvəllüdlü oğlanlar və qızlar müvafiq yaş qruplarında mübarizə aparıblar. Qaliblər “Sinkleyr” cədvəli üzrə müəyyən edilib.

Yarışın məqsədi regionlarda atletlərin hazırlıq səviyyəsinin yoxlanılması, ehtiyat idmançıların müəyyənləşdirilməsi, güclü idmançıların seçilməsi, ağır atletikanın şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, onların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.

Oxşar xəbərlər

Lənkərandan Samuxa qədər...
Ağır atletlərimiz Xırdalan, Lənkəran və Samuxda yarışacaq
Ağır atletika üzrə respublika yarışlarının dördüncü mərhələsinə yekun vuruldu
Ağır atletika üzrə dördüncü seçmə mərhələ yarışları keçiriləcək
400-dən çox atlet seçmə mərhələ yarışlarında iştirak etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər