Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Güləşçilərimizdən tarixi uğur
Sentyabrın 26-27-də Yunanıstanın Katerini şəhərində keçirilən çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsində Azərbaycan milli komandası uğurlu çıxış edib.
Sportfm.az xəbər verir ki, baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında mübarizə aparan milli komandamızın üç üzvü Dünya Seriyasının final mərhələsində qızıl medal qazanıb. Vüsal Əliyev (80 kq), Əşrəf Aşırov (90 kq) və Camal Feyziyev (+90 kq) öz çəki dərəcələrində fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Rübail İbrahimli (70 kq) və Sahib Dadaşov (80 kq) isə bürünc medala sahib çıxıblar. Komanda sıralamasında 90 xal toplayan Azərbaycan millisi Dünya Seriyasının final mərhələsini birinci pillədə başa vurub.
Dünya Seriyasının 5 mərhələsində toplanan xalların yekun nəticələrinə əsasən, dünya çempionları da müəyyənləşib. Beləliklə, Vüsal Əliyev (80 kq) karyerasında ikinci dəfə dünya çempionu tituluna sahib çıxıb. Bu il çimərlik güləşində debüt edən Əşrəf Aşırov isə 90 kq-da eyni uğura imza atıb. Rübail İbrahimli 70, Sahib Dadaşov 80, Camal Feyziyev isə +90 kq-da dünya üçüncüsü ünvanını əldə ediblər. 2 qızıl və 3 bürünc medal qazanan millimiz komanda hesabında tarixində ilk dəfə dünya çempionu olub.
Dünya Güləş Birliyi (UWW) Oyan Nəzərianini çimərlik güləşində ilin ən yaxşı məşqçisi seçib. Bununla bağlı UWW-nin Çimərlik Güləşi Komitəsinin prezidenti Pedro Silva xüsusi mükafatı mütəxəssisə təqdim edib.
Xatırladaq ki, bu yarışda I-S dərəcəli hakim Asif Şirəliyev ədaləti qoruyub.

Oxşar xəbərlər
Azərbaycan millisi final mərhələsində yarışacaq - Dünya Seriyası
U-17 dünya çempionatında Azərbaycanı 3 hakim təmsil edəcək
Güləşçilərimiz Xorvatiyada 2 medal qazandı
Dördqat dünya çempionumuz karyerasını başa vurdu
Güləşçilərimiz Dünya Seriyasının qalibi oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mahir Məmmədov FIDE-nin vitse-prezidenti seçildi - Üçüncü dəfə
-
Yığmamızın Şotlandiya ilə matçının hakimləri bilindi
-
Azərbaycan millisi Litva ilə bərabərə qaldı - Millətlər Liqası
-
Futbolçularımız Litvada şəhidlərin xatirəsini yad etdi - FOTO
-
Bakıda nəqliyyatın hərəkəti bərpa olundu - Formula 1
-
"Turan Tovuz" - "Fənərbaxça" oynuna neçə bilet satıldı?

Misli Premyer Liqası