Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
AMADA rəsmisi Avropa Şurasının antidopinq iclasında
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktorunun müavini Rüfət Efendiyev Avropa Şurasının Antidopinq Konvensiyasının Elm üzrə Məsləhətçi Qrupunun (T-DO SCI) iclasında iştirak edib.
Sportfm.az xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib.
Fransanın paytaxtı Parisdə baş tutan toplantıya Avropadan və digər regionlardan milli antidopinq təşkilatlarının, Ümumdünya Antidopinq Agentliyinin, dövlət və elmi qurumların, laboratoriyaların, habelə digər maraqlı tərəflərin ekspert və nümayəndələri qatılıblar.
İki gün davam edən tədbirdə antidopinq sahəsində bir sıra aktual elmi və siyasi məsələlər müzakirə olunub. Müzakirələr çərçivəsində T-DO-nun 2027-ci il üzrə Qadağan edilmiş siyahının məsləhətləşmələrinə töhfəsi, kannabinoidlərə müxtəlif yanaşmaların müzakirəsinə həsr olunmuş xüsusi dəyirmi masa, həmçinin kontaminasiya hallarının idarə olunması üzrə qabaqcıl təcrübələr nəzərdən keçirilib.
İştirakçılar, həmçinin cari ildə keçirilmiş Dopinq maddələrinin əlçatanlığı üzrə beynəlxalq konfransın nəticələrini nəzərdən keçirib, tədqiqat fəaliyyətlərinin və antidopinq məlumat alətlərinin əlaqələndirilməsi, laboratoriya standartları, eləcə də qeyri-ixtiyari dopinq hallarının qarşısının alınmasına yönəlmiş yanaşmalar barədə fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər
Avropa Şurası AMADA-nın fəaliyyətini qiymətləndirəcək
AMADA rəsmisi Avropa Şurasının Antidopinq Konvensiyasının tədbirində
AMADA rəsmisi beynəlxalq qurumda vəzifə aldı
AMADA rəsmisi Avropa Şurasının Antidopinq Konvensiyasının iclasında
AMADA-nın icraçı direktoru Monitorinq qrupunun iclasında iştirak etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası