Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
400-dən çox atlet seçmə mərhələ yarışlarında iştirak etdi
1–9 iyul tarixlərində Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə Respublika yarışlarının 3-cü seçmə mərhələsi keçirilib. Bu müddətdə körpücük üzərinə 400-dən çox atlet çıxıb.
Sportfm.az xəbər verir ki, yarışlar Xırdalan, Lənkəran və Samux şəhərlərində keçirilib. Xırdalanda iyulun 1-2-də Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdan (bütün idman cəmiyyətləri), Lənkəranda 5-6 iyul tarixlərində Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astaranı, 8-9 iyulda isə Samuxda Goranboy, Gəncə, Yevlax, Samux, Qazax, Şəki və Qaxı təmsil edən, 2007-1999-cu il və daha böyük təvəllüdlü kişi və qadın atletlər qüvvələrini sınayıblar. Seçmə mərhələ yarışları federasiyanın təqvim planına əsasən 3 zona üzrə ildə 4 dəfə keçiriləcəkdir.
Mərhələ yarışlarının təşkilində məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.
Oxşar xəbərlər
Ağır atletika üzrə respublika yarışlarına yekun vuruldu
Lənkərandan Samuxa qədər...
Ağır atletlərimiz Xırdalan, Lənkəran və Samuxda yarışacaq
Ağır atletika üzrə respublika yarışlarının dördüncü mərhələsinə yekun vuruldu
Ağır atletika üzrə dördüncü seçmə mərhələ yarışları keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası