reklam
Ağır atletika üzrə respublika yarışlarının dördüncü mərhələsinə yekun vuruldu
Sportfm.az xəbər saytı

Ağır atletika üzrə respublika yarışlarının dördüncü mərhələsinə yekun vuruldu


Azərbaycanın bölgələrini əhatə edən ağır atletika üzrə respublika yarışlarının dördüncü seçmə mərhələsi Samuxda başa çatıb.

Azərbaycan Ağır Atletika Federasiyasından Sportfm.az saytına bildirilib ki, burada Goranboy, Gəncə, Yevlax, Samux, Qazax, Şəki və Qaxı təmsil edən 100-ə yaxın atlet körpücük üzərinə çıxıb.

Yarışların keçirilməsində məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.

Qeyd edək ki, zona turnirində 1999-2007-ci il təvəllüdlü kişilər və qadınlar müvafiq yaş qruplarında mübarizə aparıb, qaliblər Sinkleyr cədvəli üzrə müəyyən edilib.

Xatırladaq ki, seçmə mərhələ yarışları təqvim planına əsasən üç zona üzrə ildə dörd dəfə keçirilir.

Oxşar xəbərlər

Ağır atletika üzrə respublika yarışlarına yekun vuruldu
Lənkərandan Samuxa qədər...
Ağır atletlərimiz Xırdalan, Lənkəran və Samuxda yarışacaq
Ağır atletika üzrə dördüncü seçmə mərhələ yarışları keçiriləcək
400-dən çox atlet seçmə mərhələ yarışlarında iştirak etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər