Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Turan Tovuz" - "Fənərbaxça" omatçına 25 min bilet satıldı
"Turan Tovuz" və Türkiyənin "Fənərbaxça" komandaları arasında keçiriləcək yoldaşlıq oyunu üçün 25 minə yaxın bilet satılıb.
Bu barədə Tovuz kollektivinin mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev məlumat verib.
"Matç saatına qədər bütün biletlərin satılacağını istisna etmirik. Oyuna maraq gözlənildiyi kimi çoxdur. Həqiqətən dostluq qarşılaşmasına şahidlik edəcəyik. Görüşdən əvvəl hansısa bədii hissə nəzərdə tutulmayıb. Bakıda bu cür oyunun keçirilməsinin özü böyük maraq kəsb edir", - deyə o vurğulayıb.
Klub rəsmisi İstanbul komandasının Bakıya bu gün, saat 17:30-da gələcəyini bildirib.
Qeyd edək ki, "Turan Tovuz" - "Fənərbaxça" oyunu oktyabrın 3-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq. Görüşü azərbaycanlı hakim Rəvan Həmzəzadə idarə edəcək.

Oxşar xəbərlər
"Turan Tovuz" - "Fənərbaxça" oynuna neçə bilet satıldı?
“Turan Tovuz” – “Fənərbaxça” matçına 6000 bilet satıldı
“Turan” - “Fənərbaxça” matçının vaxtı məlum oldu
Azərbaycan - Slovakiya matçına 4 minə yaxın bilet satıldı
Azərbaycan - Avstriya matçına beş minə yaxın bilet satıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası