Kubokun final matçı harada keçiriləcək?
Futbol üzrə Azərbaycan Kubokunda 2017-2018 mövsümünün final matçı Gəncə şəhər stadionunda keçiriləcək.
Sportfm.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev açıqlama verib.
O, hər il kubokun finalı ilə bağlı sürpriz etdiklərini, bu mövsüm isə yenə bölgələrdən birində həlledici görüşü təşkil edəcəklərini açıqlayıb: "İstəyirik ki, final oyununu Gəncə şəhər stadionunda təşkil edək. Stadiondakı problemlər aradan qalxsa, orada təşkil ecəcəyik. Hər bir bölgə bizə əzizdir. Tovuz şəhər stadionunun süni örtüklü olması və tribunalardakı darısqallıq buna imkan vermir. Gəncə rəhbərliyi stadiondakı problemləri aradan qaldırsa, 28 may - Respublika Günündə bayram bayrama qarışacaq".
Qeyd edək ki, Azərbaycan Kubokunun final matçı 2018-ci il mayın 28-də təşkil olunacaq.
Oxşar xəbərlər
Kubokun final matçı Olimpiya stadionunda olacaq
"Kubokun finalında çoxlu sürprizlərimiz olacaq" - Ramin Musayev
PFL nümayəndələri Naxçıvanda
Kubokun finalı niyə Gəncədə keçirilməyib? - Ramin Musayev açıqladı
“Qəbələ”nin finala çıxıb-çıxmayacağı qərarımıza təsir edəcək"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası