reklam
“Qəbələ”nin finala çıxıb-çıxmayacağı qərarımıza təsir edəcək
Sportfm.az xəbər saytı

“Qəbələ”nin finala çıxıb-çıxmayacağı qərarımıza təsir edəcək"


Bu mövsüm Azərbaycan kubokunun finalına ev sahibliyi etməyə 3 stadion namizəddi. 

Sportfm.az xəbər verir ki, Bu barədə apasport.az-a Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev məlumat verib.

O bildirib ki, mayda baş tutacaq həlledici qarşılaşma böyük ehtimalla bölgələrdən birində keçiriləcək. Musayev əsas namizəd şəhərlərin Gəncə və Naxçıvan olduğunu bildirib: “Ötən il ölkə kubokunun final matçını Naxçıvanda keçirmişdik. Bu dəfə görüşü ya Naxçıvan, ya da Gəncədə təşkil etmək fikrimiz var.

Ancaq bunun üçün həmin stadionların birində işıqlandırma sistemi olmalıdı. Qərarımızı buna əsasən verəcəyik. Həmin müddətə kimi məsələ həll olunsa, seçim bu iki stadiondan biri üzərində olacaq”.

PFL rəhbəri kubokun finalının Qəbələdə keçirilmək variantının olduğunu da əlavə edib: “Əgər Gəncə və Naxçıvandakı stadionlarda işıqlandırma sistemi quraşdırılmasa, o zaman diqqəti Qəbələyə yönəldəcəyik.

Bilirsiniz ki, bu stadion əvvəlki illərdə həlledici qarşılaşmaya ev sahibliyi edib. Orda işıqlandırma sistemi baxımından heç bir problem yoxdu. Sadəcə, “Qəbələ”nin finala çıxıb-çıxmayacağı qərarımıza təsir edəcək”.

Hazırda ölkə xaricində olan Ramin Musayev bu il Azərbaycan Superkubokunun keçirilib-keçirilməyəcəyinə isə hələ aydınlıq gəlmədiyini bildirib: “Bu məsələni hələ müzakirə etməmişik. Buna görə də indidən konkret söz deyə bilmərəm”.

Oxşar xəbərlər

"Kubokun finalında çoxlu sürprizlərimiz olacaq" - Ramin Musayev
"Ali Baş Komandana təşəkkür edirəm" - Ramin Musayev
Kubokun finalı üçün bu şəhər seçildi
Kubokun finalı niyə Gəncədə keçirilməyib? - Ramin Musayev açıqladı
Kubokun final matçı harada keçiriləcək?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər