PFL nümayəndələri Naxçıvanda
Bu mövsüm Azərbaycan kubokunun final oyunu Naxçıvanda keçiriləcək.
Sportfm.az xəbər verir ki, yarışı təşkil edən Peşəkar Futbol Liqasının bir qrup nümayəndə heyəti həlledici oyuna az qalmış adıçəkilən yerə yollanıblar.
Açıqlama verən qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev Naxçıvan şəhər stadionunun son vəziyyəti ilə tanış olacaqlarını deyib:
"Bir az öncə Naxçıvana gəlmişik. Kubokun final matçının keçiriləcəyi stadiona baxacağıq. Müəyyən detallara nəzər yetirməliyik. Həm də hər il olduğu kimi, Naxçıvanda "Heydər Əliyev kuboku" keçiriləcək. Bununla bağlı da müəyyən işlərə nəzər yetirməliyik. Stadionlara və komandaların qalacağı yerlərə baxacağıq".
Azərbaycan kubokunun final oyunu mayın 19-da baş tutacaq. (sportal.az)
Oxşar xəbərlər
Azərbaycan Kubokunda səfər qolu qaydası - AÇIQLAMA
Klublarımıza məşq üçün icazə verilə bilər
Kubokun finalı üçün bu şəhər seçildi
PFL-dən açıqlama: "Əgər həmin pul real olsa, Azərbaycan toylarına Seeyanı dəvət edərlər"
Kubokun final matçı harada keçiriləcək?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası