Kubokun finalı niyə Gəncədə keçirilməyib? -Ramin Musayev açıqladı
"Kim güclüdürsə, o da qalib gəldi. Bizim nə gözlədiyimizdən asılı olmayaraq, fakt odur ki, "Qəbələ" və "Keşlə" finaldadır. Deməli, bu komandalar finalaya layiq idi".
Sportfm.az saytı xəbər verir ki, bu sözləri qol.az-a açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunlarını dəyərləndirərkən deyib.
Ötən gün "Neftçi" üzərində qələbə qazanaraq (3:1) finala adlayan "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov jurnalistlərə açıqlamasında finalın Qəbələdə - onların meydanında olmasını istəmədiyini və buna görə PFL-ə müraciət edəcəklərini bildirib. Bu fikirlərə münasibət bildirən PFL rəhbəri isə final oyununun yerini dəyişdirməyin mənasız olduğunu qeyd edib:
"Onlar finala çıxdıqları üçün belə bir fikrə gəliblər. Ancaq "Qəbələ" hələ finala vəsiqə qazanmamışdan əvvəl bildirmişdik ki, final Qəbələdə olacaq. Bakıda da keçirsək, onda "Keşlə"nin meydanı sayılacaq. Fərqi nədir ki? "Qəbələ" bizə müraciət etməyib, heç buna ehtiyac da yoxdur. Final Qəbələdə olacaq. Əslində kubokun filal oyununu neytral yer kimi Gəncədə keçirmək fikrimiz var idi. Ancaq Gəncə şəhər stadionunun işıqlandırma sistemi ilə bağlı problem olduğuna görə bu plan baş tutmadı".
Oxşar xəbərlər
"Kubokun finalında çoxlu sürprizlərimiz olacaq" - Ramin Musayev
"Qəbələ"dən başqa heç bir klub məşq edə bilməz
Əhmədovun seriyası qırıldı, "Qəbələ" finala çıxdı
“Qəbələ”nin finala çıxıb-çıxmayacağı qərarımıza təsir edəcək"
Kubokun final matçı harada keçiriləcək?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası