reklam
Nazir medal qazanan idmançılarla görüşdü
Sportfm.az xəbər saytı

Nazir medal qazanan idmançılarla görüşdü


Gənclər və idman naziri Fərid Qayıbov iyul ayı ərzində Azərbaycanı beynəlxalq yarışlarda uğurla təmsil etmiş idmançılarla görüşüb.

Sportfm.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.

İdman Akademiyasında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ötən ay ərzində beynəlxalq arenalarda qazanılan nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub.

Ardınca nazir Fərid Qayıbov idmançıları yüksək göstəriciləri münasibətilə təbrik edib və onlara gələcək yarışlarda müvəffəqiyyət arzulayıb. Görüş zamanı müxtəlif idman növləri üzrə idmançılar iştirak etdikləri beynəlxalq yarışlar və əldə etdikləri medallar barədə ətraflı məlumat veriblər.

Sonda Qayıbov idmançılara göstərdikləri yüksək nəticələrə görə təşəkkür edib, qarşıdakı yarışlarda hər birinə yeni qələbələr arzulayıb.

Oxşar xəbərlər

Nazir idmançılarla görüşdü
Nazir idmançılarla görüşdü
Nazir beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşdü
Fərid Qayıbov yüksək nəticələr qazanmış idmançılarla görüşdü
Nazir beynəlxalq yarışlarda yüksək nəticələr qazanmış idmançılarla görüşdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər