reklam
Türkiyənin Gənclər və İdman Nazirliyinin nümayəndələri Bakıda
Sportfm.az xəbər saytı

Türkiyənin Gənclər və İdman Nazirliyinin nümayəndələri Bakıda


Türkiyənin Gənclər və İdman Nazirliyinin nümayəndələri təcrübə mübadiləsi çərçivəsində mayın 12-dən 16-dək Bakıda görüşlər keçiriblər.
Sportfm.az xəbər verir ki, qonaqlar səfər çərçivəsində idman qurumlarında görüşlər keçirib, məşqçi hazırlığı və idman təhsili sahəsində fikir mübadiləsi aparıblar.

Azərbaycan Cüdo Federasiyasında keçirilən görüşdə “Məşqçilərin təhsilində federasiyanın rolu”, Azərbaycan Gimnastika Federasiyasında isə “Məşqçilik sistemi ilə bağlı təqdimat” mövzusu müzakirə edilib. Səfər Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında davam etdirilib və burada “Məşqçi təlimində proqramlaşdırma sistemi” mövzusunda fikir mübadiləsi aparılıb. Daha sonra Azərbaycan Voleybol Federasiyasında “Məşqçilik təcrübə prosesi və sertifikatlaşdırma”, Azərbaycan İdman Akademiyasında isə “Məşqçilik ixtisası üzrə təhsil proqramı” mövzuları ətrafında müzakirələr aparılıb.

Səfər çərçivəsində nümayəndələr həmçinin Heydər Əliyev Mərkəzini və Hərbi Qənimətlər Parkını ziyarət ediblər.

Oxşar xəbərlər

Azərbaycan və İordaniya Taekvondo federasiyaları Əməkdaşlıq Memorandumu imzaladı
BVF-in eksperti Azərbaycana gəldi - FOTO
Nazir federasiya nümayəndələri ilə görüşdü
Rəsmiləşdi - Bakı namizəddir
Azad Rəhimov Milli Gənclər Mərkəzində

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər