reklam
AFFA əməkdaşları “Kayrat”ın bazasında
Sportfm.az xəbər saytı

AFFA əməkdaşları “Kayrat”ın bazasında


AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin əməkdaşları Qazaxıstanda UEFA-nın Təcrübə Mübadiləsi Proqramında (UEFA Club Licensing Exchange Programme) iştirak ediblər.

Sportfm.az xəbər verir ki, bu, 2024-cü ilin oktyabrında Bakıda keçirilən ilk görüşün davamı olaraq təşkil olunub.

Nümayəndə heyəti Qazaxıstan Futbol Federasiyasının (QFF) inzibati binası və meydançaları, Almatıda yerləşən “Kayrat” klubunun təlim-məşq bazası və Qazaxıstan milli komandasının təlim-məşq mərkəzi ilə tanış olub.

AFFA əməkdaşları QFF-nin Klubların Lisenziyalaşdırılması Departamenti, Yarışların Təşkili, Qadın Futbolu, Həvəskar Futbol və Sosial Məsuliyyət, Texniki Departament, Kütləvi Futbol və digər struktur bölmələrin əməkdaşları ilə görüşlər keçirib, praktiki təcrübə mübadiləsi aparıblar.

Proqramda UEFA-nın Klubların Lisenziyalaşdırılması üzrə meneceri Anna Polatovska da iştirak edib.

Oxşar xəbərlər

AFFA-da Lisenziyalaşdırma mövsümünün açılış iclası keçirildi
AFFA-nın əməkdaşları UEFA konfransında iştirak etdi
AFFA-nın əməkdaşı UEFA-dan sertifikat alıb
AFFA-nın əməkdaşları UEFA-nın seminarında
AFFA əməkdaşları Antalyaya getdi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər