Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Futbolçu qızlarımız tələbələrlə görüşdü -FOTO
Qadınlardan ibarət Azərbaycan millisinin üzvləri, məşqçilər heyəti və AFFA-nın Qadın Futbolu Departamentinin əməkdaşları Qarabağ Universitetində olublar.
Sportfm.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində milli üzvləri universitetin qız tələbələri ilə görüşüblər. Görüşdə qadın futbolunun inkişafı və təbliği, qızların futbola və idmana cəlb olunması ilə bağlı fikir mübadiləsi aparılıb.
Tədbir zamanı futbolçuların iştirakı ilə imza sessiyası təşkil olunub və qadın futbolunun təbliğinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Daha sonra tələbələrin suallarının cavablandırıldığı panel keçirilib. Paneldə yığmanın futbolçuları və məşqçiləri təcrübələrini tələbələrlə bölüşüblər.
Proqramın davamında nümayəndə heyəti Qarabağ Universitetinin kitabxana və laboratoriyaları ilə tanış olub.
Səfərin sonunda yığmanın üzvləri, məşqçilər heyəti və AFFA nümayəndələri Xankəndi şəhərində yerləşən Zəfər parkını ziyarət ediblər.

Oxşar xəbərlər
AFFA prezidenti Canni İnfantino ilə görüşdü
Millimizin üzvləri uşaq sığınacağında - FOTO
Millimizin futbolçuları şagirdlərlə görüşdü
AFFA rəsmisi FIFA-nın seminarında iştirak etdi
AFFA prezidenti millinin üzvləri ilə görüşdü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası