reklam
Yığmamıza dəvət edilən futbolçu erməni klubundan təklif aldı
Sportfm.az xəbər saytı

Yığmamıza dəvət edilən futbolçu erməni klubundan təklif aldı


Erməni futbol meneceri Valeri Oqenasyan tərəfindən Moskvada yaradılan "Ararat" klubu "Tottenhem"in sabiq futbolçusu Roman Pavlyuçenkonu transfer etdikdən sonra heyətini gücləndirmək üçün daha bir-neçə tanınmış futbolçuya dəvət göndərib.

Sportfm.az xəbər verir ki, Moskvada yaşayan erməni iş adamları tərəfindən himayə olunan klubun əsas məqsədi qısa müddətdə Rusiya futbolunun elitasına daxil olmaq, daha sonra "Ararat" adını Avropa kuboklarında təmsil etməkdir.

Bunun üçün isə "Ararat"a təcrübəli futbolçular dəvət olunur. Maraqlıdı ki, ermənilərin dəvət göndərdiyi futbolçular arasında "Anji"nin yetirməsi Serder Serderov da var. Danışıqlar müstəb sonuclansa, dağıstanlı futbolçu "Ararat"ın formasını geyəcək.

Xatırladaq ki, Serder ötən ilin dekabrında Azərbaycanda da diqqət mərkəzinə düşmüşdü. Dağıstanlı futbolçu bildirmişdi ki, ona AFFA tərəfindən Azərbaycan millisində oynamaq təklif olunub. Sitat:

"Ramil Şeydayevlə Emin Mahmudovun Azərbaycan millisinə cəlb olunmasından sonra AFFA-dan mənə də zənglər gəldi. Mənə yerli pasport verib, yığmada oynamağımı təklif etdilər. Ancaq mən bu təklifi rədd etdim. Çünki mən rusam və Moskvada yaşayıram. Bu, mənim üçün prinsip məsələsidir".

Qeyd edək ki, 22 yaşlı Serderov bunadək Rusiyanın U-17, U-19 və U-21 millilərində çıxış edib. Rusiyada ÇSKA, "Anji", "Ural", "Krılya Sovetov" kimi klublarda oynamış gənc hücumçu, 2016-cı ildə "Slaviya"da çıxış edib.

Oxşar xəbərlər

Azərbaycanlı futbolçu “Ararat”la oyunlar üçün sifariş edildi
Emil Balayevin klubunda erməni futbolçu
"Ararat" Rusiya çempionatında çıxış edəcək
AFFA daha bir dağıstanlını milliləşdirir
Rusiyalı futbolçu: "AFFA-dan gələn təklifi rədd etdim"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər