reklam
Türk futbolçu:
Sportfm.az xəbər saytı

Türk futbolçu:"Bura Rusiyanın digər şəhərlərindən fərqli olaraq möhtəşəmdir"


Rusiyanın "Rubin" klubunda çıxış edən türkiyəli futbolçu Gökdeniz Karadeniz FİFA-nın saytına açıqlama verib.  
Sport7.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi Kazan şəhəri ilə bağlı təəsüratlarını paylaşıb. "10 il Trabzonspor"da oynamışam. Fərqli iqlimi olan ölkəyə transfer olmaq asan olmadı. Buna baxmayaraq Kazanda mentalitetimə uyğun olan şeylərin olması mənə çox kömək etdi. Müsəlmanam və burada İslam yaşayır. Şəhərdə bir çox gözəl məscid var. Bura Rusiyanın digər şəhərlərindən fərqli olaraq möhtəşəmdir".  
Kazan şəhərinin zəngin tarixi olduğunu bildirib təcrübəli futbolçu keçən 8 ildə bu şəhərin ona evi kimi doğma olduğunu bildirib. O, Türkiyədə bir çox kubokları olmasına baxmayaraq, "Rubin"də çempion olmağın bir başqa gözəl duyğu bəxş etdiyini açıqlayıb. Karadeniz azarkeşkərin onu çox sevdiyini və o, özünü oyunçudan əlavə "Rubin"in azarkeşi olduğunu açıqlayıb. Gökdeniz açıqlamasında bir sirrini də açıb. O, Kazan klubunda qazandığı kubokların döyməsini bədəninə çəkdirməyi planlaşdırdığını söyləyib. 

Oxşar xəbərlər

Gökdəniz Karadəniz “Rubin”də - Təyinat
Məşhur türk karyerasını bitirdi - Forması əbədiləşdirildi
"Nə vaxtsa buna son verməlisən" - Türkiyəli futbolçudan açıqlama
"Bizim üçün çətin olacaq" - türk futbolçudan açıqlama
Rusiya klubunun futbolçusu: "Azərbaycan restoranlarında vaxt keçirməkdən zövq alıram"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər