reklam
Stadionda orduya çağırış etdilər, 37 nəfər öldü -
Sportfm.az xəbər saytı

Stadionda orduya çağırış etdilər, 37 nəfər öldü -FACİƏ


Konqo Demokratik Respublikasının paytaxtı Brazzavildə orduya çağırış tədbiri öncəsi stadionda yaranan izdiham nəticəsində 40-a yaxın adam ölüb, çoxlu sayda insan yaralanıb.

Sportfm.az xəbər verir ki, bu barədə “Les Echos du Congo Brazzaville” portalı hökumətin bəyanatına istinadən məlumat yayıb.
“Faciə Ornano stadionunda noyabrın 20-dən 21-nə keçən gecə baş verib. Fövqəladə Hallar Xidmətlərinin ilkin məlumatlarına görə, 37 nəfər ölüb, çoxlu sayda insan yaralanıb”, - hökumətin kommünikesində deyilir.

Portalın məlumatına görə, stadionda orduya çağırış tədbirləri keçirilib. Yerlərin məhdudluğu səbəbindən namizədlər gecə saatlarında növbəyə düzülüb. Konqo DR-də orduya qəbul müqavilə əsasında həyata keçirilir və hərbi xidmət gənc konqolular arasında çox populyardır.

Oxşar xəbərlər

Stadiona ildırım düşdü - 4 ölü, 5 yaralı
Azərbaycanlı döyüşçü Milli Ordu üçün qeydiyyata alındı
Stadionda qanlı olay - 4 nəfər öldü, 10 nəfər yaralandı
Çempionlar Liqasının oyununda 5 nəfər öldü - FOTO
Stadionda basırıq oldu, matç təxirə salınmadı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər