Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Venger Hövsan Yarış Kompleksinə baş çəkdi
FİFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri Arsen Venger Hövsan Yarış Kompleksində olub.
Sportfm.az xəbər verir ki, 77 yaşlı fransalı funksioner idman qurğusunda görülən işlərlə tanış olub.
İngiltərənin “Arsenal” komandasının sabiq baş məşqçisi U-15 dünya çempionatı və festivalı ilə bağlı Bakıda səfərdədir.
U-15 dünya çempionatı və festivalı oktyabrın 24-30-da Hövsan Yarış Kompleksində baş tutacaq. Turnirin açılış və final görüşləri Bakı Kristal Zalında keçiriləcək.
Yarışın ilk oyunları oktyabrın 24-də başlayacaq. 189 ölkənin iştirakı və 1000-ə yaxın matçın keçirilməsi nəzərdə tutulan turnir dünyanın müxtəlif nöqtələrindən yeniyetmə futbolçuları bir araya gətirəcək.
Azərbaycan millisi turnir çərçivəsində ilk oyununu oktyabrın 24-də, saat 19:30-da “Crystal Hall”da Timor-Leste yığmasına qarşı keçirəcək. Komanda oktyabrın 25-də, saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya yığması ilə qarşılaşacaq. Bu iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq.
Milli komanda oktyabrın 26-da, saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə həmin meydançada üz-üzə gələcək.

Oxşar xəbərlər
Azərbaycan millisinin açıq məşqi təşkil olundu - FIFA U-15 dünya çempionatı
75 yerli və 6 əcnəbi hakim təyinat aldı - FIFA U-15 dünya çempionatı
Rövşən Nəcəf futbolçulara müraciət etdi - Dünya çempionatı
Ayxan Abbasov U-16 millisinin üzvləri ilə görüşdü
Dünya çempionatı və festivalının detalları məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası