reklam
Azərbaycan-Çexiya oyununun biletləri satışa çıxarıldı - Ən ucuz bilet neçəyədir?
Sportfm.az xəbər saytı

Azərbaycan-Çexiya oyununun biletləri satışa çıxarıldı - Ən ucuz bilet neçəyədir?


Futbol üzrə Azərbaycan milli komandasının Çexiya yığmasına qarşı keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçının biletləri satışa çıxarılıb.

Sportfm.az xəbər verir ki, oktyabrın 5-də Bakı Olimpiya Stadionunda baş tutacaq oyun üçün biletləri "Asan Xidmət" mərkəzlərindən (1,2,3 və 4), Heydər Əliyev Sarayının kassalarından, 28 Mall, Gənclik Mall, M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı), Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı), Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası) ünvanlarından, eləcə də onlayn olaraq iTicket.az saytından almaq olar.
Biletlərin qiyməti kateqoriyalara uyğun olaraq 1 - 6, VİP yerlər üçün isə 50 manatdır.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda sentyabrın 27-də Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin "Qarabağ" - "Roma" və Azərbaycan - Çexiya oyunu keçiriləcəyini nəzərə alaraq, AFFA və "Qarabağ" futbol klubu birgə layihə həyata keçirəcək. Layihəyə əsasən, "Qarabağ"ın ÇL-dəki ilk və milli komandanın cari tsikldə son ev matçın olduğundan, azarkeşlərə güzəştlər tətbiq ediləcək. Ağdam komandasının oyununa bilet alan fanatlar millinin Çexiya ilə qarşılaşması üçün bileti eyni sektordan olan yerə real qiymətindən 50 faiz ucuz əldə edə biləcəklər. Bunun üçün azarkeşlər yığmanın görüşü üçün bilet alarkən "Qarabağ" - "Roma" oyununun biletini kassalara təqdim etməlidir.

Oxşar xəbərlər

"Qarabağ"ın 1 və 50 manatlıq azarkeşləri
“Qarabağ”dan azarkeşlərə güzəşt
"Qarabağ"ın ilk ev oyununa 30 000 bilet satılıb
"Qarabağ" - "Roma" matçının biletləri hansı kassalarda satılacaq?
"Qarabağ"ın "Roma" ilə ev oyunun biletlərinin qiyməti açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər