“Qarabağ”dan azarkeşlərə güzəşt
AFFA və “Qarabağ” futbol klubu sentyabrın 27-də “Qarabağ”ın UEFA Çempionlar Liqasının qrup mərhələsində “Roma”, oktyabrın 5-də isə Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində Çexiya ilə ev oyunları keçirəcəyini nəzərə alaraq birgə layihə reallaşdıracaqlar.
Sportfm.az xəbər verir ki, layihəyə əsasən, “Qarabağ”ın UEFA Çempionlar Liqası çərçivəsində ilk və milli komandanın cari seçmə mərhələdə son ev oyunu olduğundan, azarkeşlərin yüksək dəstəyinə hörmət əlaməti olaraq, onlar üçün güzəştlər tətbiq ediləcək. “Qarabağ”ın oyununa bilet alan azarkeşlər millinin Çexiya ilə qarşılaşması üçün bileti eyni sektordan olan yerə real qiymətindən əlli faiz ucuz əldə edəcəklər. Bunun üçün azarkeşlər millinin oyunu üçün bilet alarkən “Qarabağ” – “Roma” oyununun biletini kassalara təqdim etməlidir.
Hər iki oyuna bilet satışı “iTicket” şirkəti tərəfindən həyata keçirilir.
Oxşar xəbərlər
"Qarabağ" - "Şerif" matçına nə qədər bilet satılıb?
Sumqayıtda ənənə bərpa olundu
“Qarabağ”ın oyununa nə qədər bilet satılıb?
Azərbaycan-Çexiya oyununun biletləri satışa çıxarıldı - Ən ucuz bilet neçəyədir?
"Qarabağ"ın ilk ev oyununa 30 000 bilet satılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
Yığmamız Almaniyaya böyük hesabla məğlub oldu
-
AMADA qızlarımıza anti-dopinq seminarı keçdi
-
Azərbaycan basketbol millisi biabırçı hesabla məğlub oldu















Misli Premyer Liqası