reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" - "Roma" matçının biletləri hansı kassalarda satılacaq?


Çempionlar Liqasında qrup mərhələsinin ilk ev oyununda “Qarabağ"ın qarşılaşacağı “Roma”yla matçın biletlərini aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə biləcəksiniz.
Sportfm.az xəbər verir ki, biletləri əldə edərkən, eləcə də stadiona daxil olarkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Bir şəxsiyyət vəsiqəsi ilə yalnız bir bilet almaq imkanı olacaq. Biletin üzərində şəxsin ad və soyadı yazılacaq. -6 yaşlı uşaqlar biletsiz keçəcək, qucaqda oturacaqlar. +6 yaşı olanlar bileti doğum şəhadətnaməsi ilə alacaqlar. Bir şəxs bir neçə şəxsiyyət vəsiqəsi təqdim etməklə və həmin sənəddəki bilgilər qeyd olunduqdan sonra onların sayı qədər bilet ala bilər.
Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.
Biletlərin qiymətləri:
VIP – 50 AZN
Kateqoriya 1 – 20 AZN
Kateqoriya 2 – 10 AZN
Kateqoriya 3 – 5 AZN
Kateqoriya 4 – 2 AZN
Satış məntəqələri: Asan Xidmət Mərkəzləri Heydər Əliyev Sarayının kassası 28 Mall Gənclik Mall Park Bulvar (Qarabağ FK Fanshop) M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı) Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)

Oxşar xəbərlər

"Qarabağ" - "Kukesi" matçına neçə bilet satıldı?
"Qarabağ" - "Kukesi" matçına nə qədər bilet satılıb?
"Qarabağ"ın 1 və 50 manatlıq azarkeşləri
"Qarabağ"ın ilk ev oyununa 30 000 bilet satılıb
"Qarabağ"ın "Roma" ilə ev oyunun biletlərinin qiyməti açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər