reklam
AFFA və Pakistan Futbol Federasiyası arasında əməkdaşlıq olacaq
Sportfm.az xəbər saytı

AFFA və Pakistan Futbol Federasiyası arasında əməkdaşlıq olacaq


Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf Pakistan Futbol Federasiyasının (PFF) prezidenti Sayed Mohsen Gilani ilə görüşüb.
Sportfm.az xəbər verir ki, görüşdə AFFA və PFF arasında əməkdaşlığın perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.

Tərəflər iki ölkənin futbol qurumları arasında əlaqələrin gücləndirilməsinin əhəmiyyətini vurğulayaraq, bu tərəfdaşlığın gələcəkdə həm Azərbaycanda, həm də Pakistanda futbolun inkişafına mühüm fayda verəcəyinə əminliklərini ifadə ediblər.
Müzakirələr çərçivəsində uşaq futbolunun inkişafı, milli komandalar səviyyəsində təcrübə mübadiləsinin təşkili, hakim kadrlarının hazırlanması, həmçinin birgə təlim-məşq toplanışlarının keçirilməsi imkanları nəzərdən keçirilib. Qarşılıqlı dəstək proqramlarının hər iki ölkədə futbolun kütləviliyinin və keyfiyyətinin artırılmasına xidmət edəcəyi qeyd olunub.

Görüşdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katibi Cahangir Fərəcullayev də iştirak ediblər.

Oxşar xəbərlər

AFFA rəsmiləri Özbəkistanda
AFFA prezidenti Canni İnfantino ilə görüşdü
AFFA Anlaşma Memorandumu imzaladı
AFFA prezidenti UEFA-nın toplantısında
Rövşən Nəcəf GFF prezidenti ilə görüşdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər