reklam
AFFA prezidenti Canni İnfantino ilə görüşdü
Sportfm.az xəbər saytı

AFFA prezidenti Canni İnfantino ilə görüşdü


Bu gün AFFA-nın prezidenti Rövşən Nəcəfin FİFA prezidenti Canni İnfantino ilə görüşü keçirilib.

Sportfm.az xəbər verir ki, Dünya İqtisadi Forumunun illik toplantısında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri də görüşə qatılıblar.

Görüşdə Azərbaycanda futbolun inkişafı ilə bağlı görülən işlər, o cümlədən futbolun kütləviliyinin artırılması, uşaq futbolunun inkişafı və bu istiqamətdə həyata keçirilən infrastruktur layihələri barədə məlumat verilib. Həmçinin, AFFA ilə FİFA arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Söhbət zamanı 2027-ci ildə Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi ilə keçiriləcək 20 yaşadək kişi futbolçular arasında dünya çempionatının final mərhələsinə hazırlıq işləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

AFFA prezidenti İnfantino ilə görüşdü - FOTO
AFFA-nın rəhbəri UEFA prezidenti ilə görüşdü
Gianni İnfantino və Rövnəq Abdullayev bir arada - FOTO
Elxan Məmmədov Canni İnfantino ilə görüşdü
Rövnəq Abdullayev İnfantino ilə görüşdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər