reklam
AFFA rəsmiləri Özbəkistanda
Sportfm.az xəbər saytı

AFFA rəsmiləri Özbəkistanda


AFFA rəsmiləri Özbəkistana işgüzar səfər çərçivəsində birgə fəaliyyət imkanlarını müzakirə ediblər.

Sportfm.az xəbər verir ki, nümayəndə heyətinin tərkibində AFFA-nın baş katibinin müşaviri Orxan Həsənov, Hakimlər Komitəsinin sədri Rəhim Həsənov, Hakimlər Departamentinin rəhbəri Bəhruz Teymurov və İnformasiya Texnologiyaları və Rəqəmsallaşma Departamentinin rəhbəri Rəhim Balakişiyev yer alıblar.

Onlar yerli futbol infrastrukturu və yaradılmış şəraitlə yaxından tanış olub, həmçinin müxtəlif istiqamətlər üzrə yerli mütəxəssislərlə bir sıra görüşlər keçirib, fikir mübadilələri aparıblar.

Səfər çərçivəsində Özbəkistan Futbol Assosiasiyasının birinci vitse-prezidenti Rövşən İrmatov Azərbaycan nümayəndə heyəti ilə görüşüb. İki ölkənin futbol qurumları arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və futbolun müxtəlif istiqamətləri üzrə birgə fəaliyyət imkanları müzakirə olunub. Xüsusilə hakimlik sisteminin inkişafı, gənc hakimlərin hazırlanması və onların peşəkar səviyyəsinin artırılması məsələlərinə diqqət yetirilib.

Bununla yanaşı, futbolun rəqəmsallaşdırılması, müasir İT həllərinin tətbiqi, məlumat bazalarının idarə olunması və uşaq-gənclər futbolunun inkişafı istiqamətində fikir mübadiləsi aparılıb. Görüşün sonunda tərəflər əməkdaşlığın daha da gücləndirilməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsi barədə razılığa gəliblər.

2027-ci ildə U-20 dünya çempionatı Azərbaycan və Özbəkistanda təşkil olunacaq.

Oxşar xəbərlər

Rövşən Nəcəf federasiya prezidentləri ilə görüşdü
Kütləvi Futbol Mentoru ilə AFFA-da görüş keçirildi
AFFA prezidenti Canni İnfantino ilə görüşdü
AFFA rəsmiləri Türkiyədə
AMADA Türkiyə antidopinq qurumları ilə əməkdaşlığı genişləndirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər