Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Baku Sportinq” Akademiyasında Maarifləndirici Seminar -FOTOLAR
“Baku Sportinq” klubu olaraq akademiyamızın futbolçuları üçün növbəti maarifləndirici təlim təşkil olunub.
Sportfm.az saytı klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, təlim prosesi çərçivəsində Layihə Əsaslı Öyrənmə üzrə ekspert və layihənin mentoru Ofeliya Qafarovanın iştirakı ilə “Futbolda Uşaq Hüquqlarının Qorunması” mövzusunda seminar keçirilib.
Tədbir klubun Sosial və Ətraf Mühit Dayanıqlığı layihələri çərçivəsində, “Uşaq və gənclərin hüquq və maraqlarının müdafiəsi” meyarı üzrə həyata keçirilib. Seminarın əsas məqsədi akademiya futbolçularında hüquqi maarifləndirməni artırmaq, təhlükəsiz və etik futbol mühitinin əhəmiyyətini gücləndirmək olub.
Daha sonra Futbolda Sosial Məsuliyyət üzrə Menecer Elsevər İsayev seminar çərçivəsində çıxış edərək klubun uşaq hüquqlarının qorunmasını prioritet istiqamət kimi müəyyən etdiyini və akademiya səviyyəsində təhlükəsiz, inklüziv və zorakılıqdan uzaq mühitin formalaşdırılmasının əsas hədəflərdən biri olduğunu bildirib.
Təlim zamanı iştirakçılara uşaqların hüquqlarının qorunması, etik davranış kodeksi, zorakılıq və ayrı-seçkiliyin qarşısının alınması, eləcə də təhlükəsiz futbol mühitinin yaradılması ilə bağlı praktiki materiallar təqdim olunub.
Proqram çərçivəsində futbolçular “Hüquq Kartları” və “Futbolda Hüquq Pozuntusu” adlı interaktiv tapşırıqlarda iştirak edərək real situasiyalar üzərində qərarvermə bacarıqlarını inkişaf etdiriblər. Zorakılıq və riskli davranışların tanınması üzrə ssenarilər əsasında qrup müzakirələri aparılıb.
“Öz Broşürünü Hazırla” fəaliyyəti vasitəsilə maarifləndirici materialların hazırlanması üzrə praktik bacarıqlar əldə olunub, “Doğru/Yanlış” oyunu ilə təhlükəsiz futbol mühitinin əsas prinsipləri möhkəmləndirilib.

Oxşar xəbərlər
AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçirdi
Cüdo millilərimiz üçün seminar keçirildi
“Neftçi”nin oyunçuları üçün seminar keçirildi
Millimizin futbolçuları üçün seminar keçirildi
AFFA rəsmisi İngiltərəyə yollandı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sumqayıt" bölgə klubuna uduzdu - Yoxlama oyunu
-
Nəriman ABŞ-dan geri döndü - Türkiyədə oynayacaq
-
"Kəpəz" yeni transferini açıqladı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Avrokuboklarda sarı vərəqə qaydasını dəyişdi - QƏRAR
-
Torresdən transfer açıqlaması - "Hər cür ssenariyə hazır olmalıyam"

Misli Premyer Liqası