reklam
“Neftçi”nin oyunçuları üçün seminar keçirildi
Sportfm.az xəbər saytı

“Neftçi”nin oyunçuları üçün seminar keçirildi


AFFA-nın təşəbbüsü ilə 20 oktyabr – 20 noyabr Uşaq Hüquqları ayı çərçivəsində uşaqların hüquqlarının müdafiəsi və təhlükəsiz idman mühitinin təşviqi məqsədilə seminar təşkil olunub.

Sportfm.az xəbər verir ki, “Palms Sports” Futbol Mərkəzində keçirilən tədbirdə “Neftçi” PFK-nın 14 və 15 yaşadək futbolçulardan ibarət komandalarının üzvləri iştirak ediblər.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin, Ombudsman aparatının Uşaq Hüquqlarının müdafiəsi sektorunun böyük məsləhətçisi Azər İsalının çıxış etdiyi seminarda əsas mövzular uşaqların hüquq və vəzifələri, futbolda uşaq hüquqları və uşaqların internet təhlükəsizliyi olub.

Oxşar xəbərlər

Millimizin futbolçuları üçün seminar keçirildi
Uşaqların Beynəlxalq Müdafiəsi Gününə özəl - VİDEO
AFFA rəsmisi İngiltərəyə yollandı - FOTO
“Neftçi”nin futbolçuları üçün seminar keçirildi
Qəbələdə anlamlı ziyarət - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər