Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçirdi
AFFA-nın təşkilatçılığı ilə Azərbaycan Premyer Liqası və 1-ci Liqa klublarının təhlükəsizlik və mühafizə üzrə məsul şəxsləri üçün seminar təşkil olunub.
Sportfm.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən bildirilib.
Seminar Futbol Klublarının Lisenziyalaşdırılması çərçivəsində Azərbaycanın hüquq-mühafizə orqanlarının – Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə keçirilib. Tədbirdə əsas diqqət “İzdihamın idarə edilməsi və futbol stadionlarında təhlükəsizliyin təmin olunması” mövzularına yönəldilib.
Seminar çərçivəsində kütləvi tədbirlər zamanı risklərin qiymətləndirilməsi, azarkeş axınının düzgün tənzimlənməsi, fövqəladə hallara operativ reaksiya mexanizmləri, həmçinin stadion ərazisində ictimai asayişin qorunması ilə bağlı məlumatlar təqdim olunub. Hüquq-mühafizə orqanlarının, həmçinin, AFFA və Peşəkar Futbol Liqasının nümayəndələri real təcrübəyə əsaslanan nümunələr üzərindən çıxış edərək, iştirakçıların suallarını cavablandırıb, qarşılıqlı əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.
Seminarın sonunda iştiraka görə sertifikatlar təqdim edilib.

Oxşar xəbərlər
“Neftçi”nin oyunçuları üçün seminar keçirildi
AFFA seminar keçirdi - FOTO
Cüdo hakimləri üçün seminar təşkil olundu
AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçirdi
“Futbol matçları zamanı Təhlükəsizlik və Mühafizə məsələləri” üzrə seminar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

.jpg)

Misli Premyer Liqası