Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
AFFA rəsmisi İngiltərəyə yollandı -FOTO
İngiltərənin Bruton şəhərində FIFA və İngiltərənin The Open University arasında əməkdaşlıq çərçivəsində 50 ölkədən olan federasiya nümayəndələri üçün uşaqların hüquq və bacarıqlarının müdafiəsi mövzusunda seminar keçirilir.
Sportfm.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, seminarın təşkilində əsas məqsəd uşaqların hüquqlarının qorunması sahəsində məlumatlılığın artırılması, təhsil və idman sahəsində uşaqların müdafiəsinə yönələn siyasətlərin gücləndirilməsi, mütəxəssislərin bilik və bacarıqlarının artırılmasıdır.
Mayın 23-dək davam edəcək seminarda AFFA-nı sosial və ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva təmsil edir, müxtəlif mövzularda fikir mübadiləsi aparır.
Qeyd edək ki, Kifayət Mustafayeva FIFA və İngiltərənin The Open University arasında əməkdaşlıq çərçivəsində təşkil olunan uşaqların müdafiəsi mövzusunda 4-cü kursdadır. İki il davam edən təhsilə 2025-ci ilin avqustunda müdafiə olunaraq yekun vurulacaq.

Oxşar xəbərlər
Azərbaycan və İordaniya Taekvondo federasiyaları Əməkdaşlıq Memorandumu imzaladı
Uşaq evləri arasında turnir keçirildi
AFFA məktəblərdə yeni layihəyə başladı - FOTO
AFFA rəsmiləri UEFA seminarında
Kütləvi futbol mövzusunda seminar - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası