reklam
Boksçularımız AÇ-ni 5 medalla başa vurdu
Sportfm.az xəbər saytı

Boksçularımız AÇ-ni 5 medalla başa vurdu


Azərbaycan boksçuları Çexiyanın Ostrava şəhərində keçirilən U-19 Avropa çempionatını 5 medalla başa vurublar.

Sportfm.az xəbər verir ki, Bilalhəbaşi Nəzərov qızıl medal qazanıb.

50 kq çəkidə mübarizə aparan millinin lideri finalda italiyalı Tommaso Orlandonu 5:0 hesabı ilə məğlub edərək ardıcıl ikinci dəfə Avropa çempionu tituluna yiyələnib.

Banuçiçək Nəsirli (48 kq) isə finalda Matilda Fraqnierlə (Fransa) üz-üzə gəlib. Rəqib qalib gəldiyindən boksçumuz gümüş medala yiyələnib.

Qeyd edək ki, daha öncə Zidan Hümbətov (55 kq), Sübhan Babayev (60 kq) və İlkanə Əhmədova (+80 kq) üçüncü yeri tutublar.

Oxşar xəbərlər

İki boksçumuz finalda - Avropa çempionatı
Boksçularımız beynəlxalq turnirdə 7 medal qazandı
Azərbaycan boksçuları 9 medal qazandı - Beynəlxalq turnir
Azərbaycan boksçuları beynəlxalq turniri 2 medalla başa vurdu
Boksçumuz ermənini məğlub edib Avropa çempionu oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər