Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan boksçuları 9 medal qazandı -Beynəlxalq turnir
Rumıniyada gənc boksçular arasında keçirilən “Drakula Open” beynəlxalq turnirində Azərbaycan təmsilçiləri doqquz medal qazanıblar.
Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
23 ölkənin qatıldığı yarışı Azərbaycan millisi 4 qızıl, 1 gümüş və 4 bürünc mükafatla başa vurub.
Komandanın heyətində Bilalhəbaşi Nəzərov (51 kq) finalda Maksim Maşevskini (Ukrayna) sınağa çəkib. 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gələn boksçu birinci yeri tutub.
Zidan Hümbətov (54 kq) ukraynalı Oleksandr Paşiçenkodan güclü olub. O, həlledici görüşdə 3:2 (28:29, 30:27, 28:29, 30:27, 29:28) hesabı ilə qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Sübhan Babayev (57 kq) finalda Stefan Udroiu (Rumıniya) ilə üz-üzə gəlib. Təmsilçimiz rəqibini 4:1 (30:27, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə məğlub edərək qızıl medala yiyələnib.
Məhəmməd Cəfərov (+92 kq) isə final görüşünün taleyini ilk raundda xeyrinə bitirib. Denis Cucuya (Rumıniya) tam üstünlüklə qalib gələn boksçu yığmanın qızıl mükafat sayını 4-ə yüksəldib.
Digər boksçulardan Hikmət Məmmədov (48 kq) gümüş, Baqir Əmirxanlı (60 kq), Abbasqulu Şadlinski (75 kq), Mircəlal Mirağayev (80 kq) və Hüseyn Hüseynli (92 kq) bürünc medal qazanıb.
“Drakula Open”i 9 mükafatla başa vuran Azərbaycan millisi komanda hesabında ikinci olub.

Oxşar xəbərlər
Daha bir boksçumuz finalda
Boksçularımız beynəlxalq turnirdə finala yüksəldi
Boksçularımız yarımfinalda - Beynəlxalq turnir
Boksçularımız Rumıniyada beynəlxalq turnirdə iştirak edəcək
Boksçularımız beynəlxalq turnirdə 4 medal qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xəzər rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş qəsəbələrarası futbol turniri keçirilib
-
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
3 klub üçün danışılmış oyunlara qarşı sessiya - FOTO
-
Günün ilk oyunu Tovuzda başlayacaq - YENİLƏNİR
-
Kadi 25-ci qoluna imza atıb - Yubiley
-
"Turan" 32 il sonra avrokuboklarda - UĞUR

Misli Premyer Liqası