reklam
Sona Rüstəmli qızıl medal qazandı - Azərbaycan birinciliyi
Sportfm.az xəbər saytı

Sona Rüstəmli qızıl medal qazandı - Azərbaycan birinciliyi


Bakıda kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatının final mərhələsi baş tutub.

Sportfm.az xəbər verir ki, kişi və qadın idmançılar arasında üç yaş kateqoriyasında qaliblər müəyyənləşib.

Yeniyetmə qızlar arasında arasında Sona Rüstəmli qızıl, Leyla Məmmədli gümüş, Banu Əhədzadə isə bürünc medala sahib olub. Oğlanlardan Məhəmməd İsmayılov qızıl, Hüseyn Məhərrəmov gümüş, Cəmil Novruzov bürünc medalla təltif ediliblər.

Gənc qızlar arasında Sümeyyə Bədəlli qızıl, Yağmur Qurbanlı gümüş, Zəhra Çarçılı isə bürünc medala sahib çıxıb. Oğlanlardan Sərdar Vəliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nurlan Rəhimli gümüş, Muhamməd Balakişiyev isə bürünc medal qazanıb.

Böyüklər arasında yarışda qadınlardan Yaylagül Ramazanova qızıl, Svetlanaya Simonova gümüş, Fatimə Hüseynli isə bürünc medal əldə edib. Kişilər arasında isə Roman Venqerov ən güclü olub. Məhəmmədəli Əliyev gümüş, Anar Cavadzadə bürünc medal qazanıb.

Yarışın sonunda mükafatlandırma mərasimi keçirilib. Mükafatları qaliblərə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti Anar Quliyev və qurumun digər rəsmiləri təqdim edib.

Turnirdə ölkənin müxtəlif bölgələrini təmsil edən 60-dan çox peşəkar idmançı çempionluq uğrunda mübarizə aparıb.

Oxşar xəbərlər

Cüdoçularımız qızıl medal qazana bilmədi - Avropa Kuboku
Azərbaycan cüdoçularından ilk gündə 10 medal - Göygoldəki Avropa Kuboku
İdmançılarımız dünya çempionatında 17 medal qazandı
Rio-2016: Medal sıralaması
Rio-2016: Medal sıralaması

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər