reklam
Cüdoçularımız qızıl medal qazana bilmədi -
Sportfm.az xəbər saytı

Cüdoçularımız qızıl medal qazana bilmədi -Avropa Kuboku


Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku başa çatıb.

Sportfm.az xəbər verir ki, yarışın ikinci günündə idmançılarımız bir gümüş və bir bürünc medalla yadda qalıblar.

Oğlanlar arasında -73 kq çəkidə Ayxan Həsənli gümüş medalın sahibi olub. -90 kq çəki dərəcəsində tatamiyə çıxan Səid Hüseynov isə bürünc medala yiyələnib.

İlk yarış günündə Könül Eyvazlı gümüş, Leyla Ələkbərova və Röyal Qayıbov isə bürünc medal qazanmışdı. Beləliklə, Avropa Kubokunu 5 medalla (2 gümüş və 3 bürünc) başa vuran millimiz ümumi komanda hesabında 24 ölkə arasında 7-ci yeri tutub.

Oxşar xəbərlər

Azərbaycan cüdoçularından ilk gündə 10 medal - Göygoldəki Avropa Kuboku
Cüdoçularımız Avropa kubokunu 4 medalla başa vurdu
Azərbaycan cüdoçularından böyük uğur - 9 medal
Rio-2016: ABŞ-dan 50-ci medal – MEDAL SİYAHISI
Rio-2016: Medal sıralaması

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər