Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Azərbaycan mədəniyyəti növbəti dəfə "Netflix"də
"Netflix" "Drive to Survive" serialının 7-ci mövsümünü təqdim edib.
Sportfm.az xəbər verir ki, Azərbaycan mədəniyyəti növbəti dəfə qlobal yayım platformasında yer alıb.
Dramatik anlar, pərdəarxası rəqabətlər və yüksək adrenalin yaşadan “Drive to Survive” təkcə avtoidmandan bəhs edən sənədli film deyil, Formula 1 dünyasının ən nüfuzlu komanda və pilotlarının həyəcan dolu həyatına səyahətdir. İlk dəfə olaraq serial paytaxt Bakıdan kənara çıxaraq şəhərin füsunkar mənzərələrini, rəngarəng mədəni irsindən görüntüləri yayımlayır.
Bu mövsümdə 2024 Formula 1 mövsümünün gərgin mübarizələri, Maks Verstappenin çempionluq uğrunda əzmkarlığı, "Red Bull"un üstünlüyü və komandalar arasındakı gərgin rəqabət tamaşaçılara təqdim olunur. Hər mövsümdə olduğu kimi, bu dəfə də serial trekdə və trekdən kənarda baş verən hadisələri, sürpriz transferləri və dramatik məqamları izləyicilərə çatdırır.
“Drive to Survive” serialı ənənəsinə sadiq qalmaqla yeni mövsümün başlanğıcında, azarkeşlərin intizarını bir az da yüksəldərək, 14-16 mart tarixlərində baş tutacaq Avstraliya Qran-Prisindən əvvəl ekranlara gəlir.

Oxşar xəbərlər
Uill Smitin Formula-1 konsertindən görüntülər - FOTO
Portuqaliyalı məşqçi haqda film çəkilib
“Formula 1” Abu Dabi Qran Prisinin təsnifat mərhələsinin qalibi məlumdur
Azərbaycan Qran-Prisinin builki şüarı - “F-1 qayıdır: trekə və tribunaya!”
“Mercedes” və “Ferrari” komandaları tənqid edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Turan Tovuz”un açılış günü açıqlandı
-
Emin Mahmudov "Neftçi"də yubiley matçına çıxdı
-
"Sumqayıt" uduzdu, "Şamaxı" qalib gəldi - Premyer Liqa
-
“Kəpəz” Şamaxıya yollanır, "Zirə" evdə oynayır - Premyer Liqa
-
16 ildən sonra futbol elitasına qayıtdılar - FOTO
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA