reklam
“Mercedes” və “Ferrari” komandaları tənqid edildi
Sportfm.az xəbər saytı

“Mercedes” və “Ferrari” komandaları tənqid edildi


“Netflix” yayım xidmətində martın 8-dən etibarən nümayiş etdiriləcək Formula 1 yarışları haqqında lentə alınan “Drive to Survive” serialının prodüserləri təklif olunan şərtlərlə şouda iştirakdan imtina edən “Mercedes” və “Ferrari” komandalarını tənqid ediblər.

Sportfm.az xəbər verir ki, bu barədə şounun prodüseri Pol Martin məlumat verib.

“Mercedes” və “Ferrari” digər komandaların razı olduqları şərtlərdən daha fərqli şəraitdə işləmək istəyiblər. Lakin bu, layihənin prodüserlərinə və serialı translyasiya edəcək “Netflix” xidmətinə sərf etmir. Burada sual “hər şey, yaxud heç nə” tərzində qoyulub. Bizim şərtlər səkkiz komanda üçün əlverişli olub. Belə olan halda biz niyə onları “Mercedes” və “Ferrari” üçün dəyişməliyik? Şouda iştirakdan imtina etməklə onlar düzgün hərəkət etməyiblər və azarkeşlərə qarşı yaxşı davranmayıblar. Lakin bizim bəxtimiz gətirib ki, “Red Bull”, “Renault” və “Haas” bizə tam şərait yaradıblar və tamamilə səmimi davranıblar”, - deyə Martin “The Telegraph” nəşrinə bildirib.

Oxşar xəbərlər

Formula 1 bolidləri təqdim olunacaq - Tarix məlumdu
Pilotların aylıq gəlirləri məlum oldu - SİYAHI Formula 1
"Formula 1" komandalarının heyətləri bəlli olub - SİYAHI
Pilotların çempionluq əmsalları açıqlandı
“Formula 1” pilotlarının əmək haqları açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər