Azərbaycan Qran-Prisinin builki şüarı -“F-1 qayıdır: trekə və tribunaya!”
İyunun 10-12-də keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi bu il həm trekdə, həm də tribunada öz azarkeşlərinə unudulmaz həyəcan yaşadacaq.
Sportfm.az xəbər verir ki, iki il davam edən pandemiya səbəbindən 2020-ci ildə təxirə salınmış, növbəti il isə tamaşaçısız keçirilən Formula 1 yarışları bu mövsüm yenidən öz tamaşaçıları ilə görüşəcək.
Ölkəmizdə sayca altıncı dəfə təşkil olunan yarışın builki şüarı “F-1 qayıdır: trekə və tribunaya!” olaraq müəyyənləşdirilib.
İyunun 10-dan 3 gün ərzində Formula 1 pilotları paytaxt küçələrini möhtəşəm rəqabət və inanılmaz sürətlə ram edəcəklər.
Bakı Şəhər Halqası Formula 1 pilotları və həvəskarlarını tezliklə ölkəmizdə qarşılamağa səbrsizləndiyini çatdırır.
Formula 1 Azərbaycan Qran-Prisi mövsümün ən parlaq vizuallarını təqdim edir. İlk dəfədir ki, onların Azərbaycanın üç rəngli bayrağının rəngləri ilə, daha vətənpərvər ruhda simvolizə olunub.
Oxşar xəbərlər
Azərbaycan Qran-Prisinə tamaşaçılar buraxılmayacaq - Formula 1
Azərbaycan Qran-prisi rəsmən ləğv olunub - Formula 1
Fransa Qran-prisi təxirə salındı - RƏSMİ
Azərbaycan qran-prisinin tarixi açıqlandı
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin yeni tarixi məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası