reklam
Juninyo
Sportfm.az xəbər saytı

Juninyo "Flamenqo"nun düşərgəsinə qatılmayacaq -tibbi müayinə


"Qarabağ"dan Braziliya təmsilçisi "Flamenqo"ya transfer olunan Olavio Juninyo tibbi müayinədən keçib və ilk üç rəsmi oyunda iştirak etməyəcək.

Sportfm.az xəbər verir ki, bu barədə "Globo" nəşri məlumat yayıb.

Nəticələr A Seriyası təmsilçisinin ABŞ-dəki tibbi heyətinə göndərilib. 28 yaşlı hücumçu komandanın sözügedən ölkədəki təlim-məşq toplanışına qatılmayacaq.

"Flamenqo" yanvarın 20-də "San-Paulu" ilə yoxlama oyunundan sonra Braziliyaya dönəcək. Juninyo məhz komanda qayıtdıqdan sonra ictimaiyyətə təqdim ediləcək.

Bundan əlavə, forvard "Carioca - Taca Guanabara" turnirində "Madureira", "Nova İquacu" və "Banqu" ilə matçlarda iştirak etməyəcək.

Oxşar xəbərlər

Juninyo ilk üç rəsmi oyunu buraxacaq
Azərbaycan Premyer Liqası ən səviyyəli hücumçusunu itirdi - Juninyo getdi
Juninyo Braziliyaya yollandı
“Qarabağ” Juninyonun keçidindən 5 milyon qazanacaq
“Qarabağ” “Flamenqo"nun təklifini rədd etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər