reklam
“Qarabağ” “Flamenqo
Sportfm.az xəbər saytı

“Qarabağ” “Flamenqo"nun təklifini rədd etdi


“Qarabağ” futbolçusu Olavio Juninyo üçün Braziliyanın “Flamenqo” klubunun ilk təklifini rədd edib.

Sprtfm.az xəbər verir ki, bu barədə yerli “Terra” nəşri məlumat yayıb.

Tərəflər arasında danışıqlar davam edir və A Seriyası təmsilçisinin 28 yaşlı hücumçu üçün daha bir müraciəti olacaq.

Azərbaycan çempionunun bu keçidə görə təxminən 6 milyon avro istədiyi yazılıb. Hazırda “Flamenqo” bu məbləği azaltmağa çalışır.

“Qırmızı-qaralar” oyunçunu 4 milyon avroya transfer etmək istəyib.

Juninyo 2023-cü ildən “Qarabağ”ın formasını geyinir. O, Azərbaycan çempionatının və kubokunun qalibi olub.

Oxşar xəbərlər

Reşford ərəb klublarının təklifini rədd etdi
Zidan millidə işləmək təklifini rədd etdi
“Bavariya”nın ilk təklifini rədd etdi
16 yaşlı futbolçuya 70 milyon avro verirlər
"Milan"da braziliyalı futbolçu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər