reklam
“Qarabağ” Juninyonun keçidindən 5 milyon qazanacaq
Sportfm.az xəbər saytı

“Qarabağ” Juninyonun keçidindən 5 milyon qazanacaq


“Qarabağ” Olavio Juninyonun Braziliyanın “Flamenqo” klubuna keçidindən 5 milyon avro qazanacaq.

Sportfm.az xəbər verir ki, bu barədə “Globo” nəşri məlumat yayıb.

Tərəflərin razılığa gəldiyi, “Flamenqo”nun sözügedən məbləği “Qarabağ”a hissə-hissə ödəyəcəyi bildirilib. Klublar artıq sənəd mübadiləsinə başlayıb. 28 yaşlı hücumçu müqavilə imzaladıqdan sonra “Flamenqo”ya mövsümöncəsi hazırlıq keçdiyi ABŞ-də qoşulacaq.

Qeyd edək ki, Juninyo 2023-cü ildən "köhlən atlar"ın formasını geyinir. O, Azərbaycan çempionatının və kubokunun qalibi olub.

Oxşar xəbərlər

“Qarabağ” “Flamenqo"nun təklifini rədd etdi
Çempionlar Liqasına düşsələr, "Qarabağ"a pul ödəyəcəklər
"Sevilya" "Qarabağ"a əlavə 250 min avro ödəyəcək - Detallar açıqlandı
“Qarabağ” Juninyonu satmağa razılaşdı - KİV
16 yaşlı futbolçuya 70 milyon avro verirlər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər