reklam
Juninyo ilk üç rəsmi oyunu buraxacaq
Sportfm.az xəbər saytı

Juninyo ilk üç rəsmi oyunu buraxacaq


"Qarabağ"dan Braziliya təmsilçisi "Flamenqo"ya transfer olunan Olavio Juninyo tibbi müayinədən keçib və ilk üç rəsmi oyunda iştirak etməyəcək.
Sportfm.az xəbər verir ki, bu barədə "Globo" nəşri məlumat yayıb.
Forvard "Carioca - Taca Guanabara" turnirində "Madureira", "Nova İquacu" və "Banqu" ilə matçlarda iştirak etməyəcək. Onun yanvarın 25-də eyni yarışda "Volta Redonda" ilə görüşdə debütü gözlənilir.

Qeyd edək ki, "Qarabağ" bu keçiddən 5 milyon avro qazanacaq. Olavio Juninyo 2023-cü ildən "köhlən atlar"ın formasını geyinib. Azərbaycan çempionatının və kubokunun qalibi olan forvard Ağdam klubunda 80 oyun keçirib, 42 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar xəbərlər

Juninyo Braziliyaya yollandı
“Qarabağ” Juninyonun keçidindən 5 milyon qazanacaq
“Qarabağ” “Flamenqo"nun təklifini rədd etdi
"Sevilya" "Qarabağ"a əlavə 250 min avro ödəyəcək - Detallar açıqlandı
UEFA-nın Juninyo paylaşım - “Bayer”lə oyunda şou göstərdi”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər