Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Sabah Bakıda əlcəklər işə düşəcək -Azərbaycan Birinciliyi
Yanvarın 14-də gənc boksçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Sportfm.az xəbər verir ki, Boks Mərkəzində təşkil olunacaq yarışda oğlanlarda 13, qızlarda 2 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.
Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 64 komandanın 278 oğlan, 26 qız boksçusu qatılacaq. Yarışın açılış mərasimi saat 12:00-da, döyüşlər saat 12:15-da başlanacaq. Qaliblərin adına isə yanvarın 19-da aydınlıq gələcək.
Yarış çərçivəsində həmçinin qızlar arasında Boks Federasiyasının seçmə turniri də baş tutacaq və 6 çəkidə ən güclülər dəqiqləşəcək.
Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
Birinciliyin baş hakimi Anar Babanlı olacaq.

Oxşar xəbərlər
Azərbaycan birinciliyinə start verilir - Gənc boksçular
Azərbaycan çempionatı başlayır - Boks üzrə
Azərbaycan çempionatında 146 boksçu iştirak edəcək
Azərbaycan çempionatında 50 komanda olacaq - Bugün başlayır
39 komanda Boks Mərkəzinə toplaşacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası