reklam
39 komanda Boks Mərkəzinə toplaşacaq
Sportfm.az xəbər saytı

39 komanda Boks Mərkəzinə toplaşacaq


Yanvarın 26-da boks üzrə Azərbaycan çempionatına start veriləcək.

Sportfm.az xəbər verir ki, Boks Mərkəzində təşkil olunacaq yarışda 10 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.

Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 39 komandadan 203 kişi boksçusu qatılacaq. Döyüşlər saat 14:00-da başlanacaq. Qaliblər isə yanvarın 30-da müəyyənləşəcək.

Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.(report.az)

Oxşar xəbərlər

Azərbaycan birinciliyinə start verilir - Gənc boksçular
Azərbaycan çempionatı başlayır - Boks üzrə
Azərbaycan çempionatında 146 boksçu iştirak edəcək
Azərbaycan çempionatında 50 komanda olacaq - Bugün başlayır
Boks üzrə Azərbaycan çempionatı başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər