Azərbaycan çempionatı başlayır -Boks üzrə
Bu gün gənclər arasında boks üzrə Azərbaycan çempionatına start veriləcək.
Sportfm.az xəbər verir ki, Boks Mərkəzində təşkil olunacaq yarışda 13 çəki dərəcəsi üzrə mükafatçılar məlum olacaq.
Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 56 komandanın 215 oğlan boksçusu qatılacaq. Yarışın açılış mərasimi 12:30-da, döyüşlər 13:00-da başlayacaq. Qaliblərin adına dekabrın 22-də aydınlıq gələcək.
Eyni zamanda, yeniyetmə və gənc qızlar, həmçinin qadın boksçular arasında da ölkənin ən güclüsü bəlli olacaq.
Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
Çempionatın baş hakimi Emil Qurbanəliyev olacaq.
Oxşar xəbərlər
Azərbaycan birinciliyinə start verilir - Gənc boksçular
Azərbaycan çempionatında 146 boksçu iştirak edəcək
Azərbaycan çempionatında 50 komanda olacaq - Bugün başlayır
Boks üzrə Azərbaycan çempionatı başladı
39 komanda Boks Mərkəzinə toplaşacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamız pley-offda - Dünya çempionatı
-
Asiya Açıq Turnirinə 27 cüdoçu ilə gedirik - SİYAHI
-
“Neftçi” azarkeşləri üçün 7 sektor ayrıldı - Premyer Liqa
-
"O, ora getdi, bura gəlməsin, bu, bura gəldi, ora getməsin" - AFFA-nın təfəkkürü
-
"Aston Villa" - "Fənərbaxça" - VİDEO
-
"Sabah"ın qapıçısı rəmzi komandada - Çempionlar Liqası















Misli Premyer Liqası