Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan çempionatında 50 komanda olacaq -Bugün başlayır
Bugün gənclər arasında boks üzrə Azərbaycan birinciliyi start götürəcək.
Sportfm.az-az federasiyadan verilən məlumata görə, Boks Mərkəzində təşkil olunacaq yarışda 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.
Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 50 komandanın 176 oğlan boksçusu qatılacaq.
İlk yarış günündə döyüşlər saat 15:00-da, digər 5 gündə saat 14:00-da başlanacaq. Qaliblərin adına isə fevralın 16-da aydınlıq gələcək.
Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcəklər.
Qeyd edək ki, birinciliyin baş hakimi Etibar Alıyev olacaq.
Oxşar xəbərlər
Azərbaycan birinciliyinə start verilir - Gənc boksçular
Azərbaycan çempionatı başlayır - Boks üzrə
Azərbaycan çempionatında 146 boksçu iştirak edəcək
Boks üzrə Azərbaycan çempionatı başladı
39 komanda Boks Mərkəzinə toplaşacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası