reklam
Sportfm.az xəbər saytı

"Dinamo" yeni baş məşqçisini açıqladı -RƏSMİ


Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportfm.az xəbər verir ki, komandanı Nenad Beliça çalışdıracaq.

Xorvatiyalı mütəxəssis bu vəzifədə Sergey Yakiroviçi əvəzləyib. 53 yaşlı məşqçi ilə 1 illik müqavilə imzalanıb. O, 2018-2020-ci illərdə də "Dinamo"nu çalışdırıb.

“Dinamo” bu mövsüm Çempionlar Liqasının pley-off mərhələsində iki oyunun nəticəsinə əsasən (3:0, 2:0) “Qarabağ”ı mübarizədən kənarlaşdırıb. Komanda Çempionlar Liqasının Liqa mərhələsində "Bavariya"ya 2:9 hesabı ilə uduzduğu oyundan sonra isə Sergey Yakiroviç istefaya göndərilib.

Oxşar xəbərlər

"Dinamo" baş məşqçisini göndərdi
“Qarabağ” – “Dinamo” matçının başlama saatı bilindi
Toral Fransa klubunu çalışdıracaq - TƏYİNAT
"Marsel"də yeni baş məşqçi - 2 illik müqavilə
Türkiyə Superliqasında yeni baş məşqçi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər