reklam
Yığmamız Avropa Çempionatında 2-ci yeri tutdu
Sportfm.az xəbər saytı

Yığmamız Avropa Çempionatında 2-ci yeri tutdu


Almaniyanın Dortmund şəhərində keçirilən gənclər arasında Avropa çempionatında Azərbaycan sərbəst güləşçiləri 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb.

Sportfm.az xəbər verir ki, qızıl medallara Əfqan Xaşalov (55 kq), Əli Rəhimzadə (60 kq) və Hacımurad Məhəmmədsəidov (84 kq) sahib olub. Şahin Muxtarov (50 kq) və Mahal Novruzov (66 kq) gümüş, Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) isə bürünc medal əldə edib.
Bu nəticə ilə Azərbaycan yığması çempionatı komanda hesabında 58 xalla ikinci pillədə tamamlayıb. 67 xal toplayan Rusiya birinci, 52 xal toplayan Gürcüstan isə üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, ötənilki Avropa çempionatında Azərbaycanın sərbəst güləş komandası 2 qızıl və 4 bürünc medalla komanda hesabında üçüncü olub.

Oxşar xəbərlər

Güləş millimiz Avropa ikincisi oldu - UĞUR
Şahmatçılarımız Avropa çempionatında birinci oldu
Rio-2016: Sərbəst güləşçilərimiz komanda hesabında birinci oldu - FOTO
Rio-2016: ABŞ-dan 50-ci medal – MEDAL SİYAHISI
Rio-2016: Medal sıralaması

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər