reklam
Millimiz Avropa çempionatının qalibi oldu
Sportfm.az xəbər saytı

Millimiz Avropa çempionatının qalibi oldu


Bakıda keçirilən U-23 Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.
Sportfm.az xəbər verir ki, U-23 millimiz qitə birinciliyində uğurlu çıxış edərək tarixində ilk dəfə komanda hesabında Avropa çempionu olub.

Belə ki, 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan yığmamız 163 xal toplayaraq ən yaxın izləyicisi Gürcüstanı 25 xal qabaqlayıb. Türkiyə 135 xalla üçüncü yeri tutub.

Komandamızın tərkibində Ziya Babaşov (63 kq) Xasay Həsənli (77 kq), Qurban Qurbanov (82 kq) qızıl, Nihad Quluzadə (60 kq) gümüş, Rəşad Məmmədov (55 kq), Ruslan Nurullayev (72 kq), Laçın Vəliyev (87 kq) və Murad Əhmədiyev (97 kq) isə bürünc medal qazanıb.

Oxşar xəbərlər

Millimiz Avropa çempionatında 3-cü oldu
Güləşçimiz gümüş medal qazandı - Avropa çempionatı
7 güləşçimiz bu gün AÇ-də mübarizə aparacaq
Güləşçilərimizdən 2 qızıl, 2 bürünc medal - Avropa çempionatı
Güləş millimiz Avropa ikincisi oldu - UĞUR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər