reklam
Güləşçilərimizdən 2 qızıl, 2 bürünc medal -
Sportfm.az xəbər saytı

Güləşçilərimizdən 2 qızıl, 2 bürünc medal -Avropa çempionatı


Bakıda güləş üzrə U-23 Avropa çempionatı davam edir.
Sportfm.az xəbər verir ki, bu gün Azərbaycanın yunan-Roma güləşçisi Ziya Babaşov (63 kq) qızıl medal qazanıb. O, finalda Vitali Yeriomenkona (Moldova) qalib gəlib.

Xasay Həsənli (77 kq) finalda türkiyəli Yüksel Sarıçiçekə tam üstünlüklə (10:1) qalib gələrək Avropa çempionu olub.

Daha bir yunan-Roma güləşçisi Laçın Vəliyev (87 kq) bürünc medal qazanıb. O, belaruslu İlya Mialeşçikə 4:1 hesabıyla qalib gəlib.

Rəşad Məmmədov isə ukraynalı İvan Stefanskiyə 7:0 hesabıyla qalib gələrək U-23 Avropa çempionatında bürünc medal qazanıb.

Bu gün həmçinin, Nihad Quluzadə (60 kq), Fərahim Mustafayev (67 kq), Murad Əhmədiyev (97 kq) təsnifat, Ruslan Nurullayev (72 kq), Qurban Qurbanov (82 kq) 1/8 final görüşünə çıxıb. Onlardan Nihad Quluzadə və Qurban Qurbanov finala qədər irəliləyib. Final qarşılaşmaları sabah keçiriləcək.

Oxşar xəbərlər

İki sərbəst güləşçimiz finalda - Avropa çempionatı
Güləşçimiz gümüş medal qazandı - Avropa çempionatı
7 güləşçimiz bu gün AÇ-də mübarizə aparacaq
Azərbaycan ilk medalını qazandı - Avropa çempionatı
Bu gün Azərbaycanın 9 güləşçisi çıxış edəcək - Avropa çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər